“Rusiya Azərbaycana qarşı vəkalət müharibəsi aparır. Bu müharibənin arxasında dayanan da məhz Rusiyadır. Çünki biz onun vəkili olan Ermənistanın “DQR”-nin başını əzdikdən sonra özü Xankəndinin qapılarında qarşımıza çıxıb. Bunu bilmək lazımdır! Bunu biləndən sonra hər şey aydın olur. Qarşımızda düşmən dayanıb, ondan nə gözləyək? Hər şey gözləmək olar. Birdəfəlik bilmək lazımdır ki, artıq dünənə qədər əgər Rusiya arxa planda bizim qarşımızda durmuşdusa, artıq açıq şəkildə birbaşa bizim qarşımızda Rusiya Silahlı Qüvvələri dayanır”.
Bu fikirləri Demokrat.az-a Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Laçın rayonunun şərq hissəsində, Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilməsinə münasibət bildirərkən deyib.
Partiya sədri bildirib ki, bu konfliktdir:
“Üçtərəfli bəyanat imzalanar-imzalanmaz ilkin qiymətləndirmə aparmışdım. Bildirmişdim ki, müəyyən mənada biz sıfır nöqtəsinə qayıtmışıq. Artıq yeni imperialist Rusiya Silahlı Qüvvələri yenidən bizim torpağımızda yaşayan erməni əsilli vətəndaşlarımızı qorumağa çalışacaqlar. Yəni, konfliktin birdəfəlik, tam və qəti həllinə imkan verməyəcəklər. Bizim strategiyamız konfliktin tam və qəti həlli olmalıdır. Bundan ötrü biz kürd strategiyasını həyata keçirtməliyik. Yəni, “sülhməramlı” qüvvələrinin nəzarətində olan bütün əraziləri Azərbaycan Silahlı Qüvvələri mühasirəyə almalıdır. Laçın dəhlizinə dövlətlərarası sərhəddə dayanan 5 kilometrlik hissəsi var, oranı da biz bağlamalıyıq. Azərbaycanın Dövlət Sərhəd Xidməti, Gömrük xidməti və hüquq-mühafizə orqanları orada fəaliyyəti həyata keçirməlidir. Sülhməramlı əməliyyatı o, demək deyil ki, Azərbaycan öz sərhədlərinə nəzarət etməməlidir. Orada gömrük xidməti həyata keçirməməlidir. Biz bilməməliyik ki, bizim ərazimizə kim gəlir, kim gedir? Nə aparırlar, nə gətirirlər? Biz nəzarətimizdən hələlik müvəqqəti kənarda qalan ərazini mühasirəyə almalı, izolyasiya etməliyik. Nə yaxşı ki, gec də olsa ərazinin bir hissəsində Kiçik Qafqazın Qarabağ dağ silsilə boyu hakim yüksəkliklər artıq ələ keçirilib. Artıq orada irəli sürdüyüm bu təklif qismən həyata keçirilib. Partiya sədri olaraq tövsiyəm və tələbim odur ki, bütün bu ərazi boyu, yəni müvəqqəti bizim nəzarətimizdən kənar çıxan ərazi boyu həyata keçirilməlidir. Düşmən görməlidir ki, biz onun başının üzərindəyik və istənilən vaxt bu ərazini nəzarətimizə ala bilərik”.
Aynurə Pənahqızı
Demokrat.az