Stoltenberq: “NATO Kosovodakı sülhməramlılarının sayını artıra bilər”

DÜNYA 17 avq 2022, 21:44
Serbiya ilə gərginlik olacağı təqdirdə NATO Kosovodakı sülhməramlılarını artıracaq.

Demokrat.az xarici mətbuata istinadən bildirir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Serbiya Prezidenti Aleksandr Vuçiçlə Brüsseldə baş tutmuş görüşündən sonra mətbuata açıqlamasında deyib.
Almaniya səfiri Türkiyə XİN-ə çağırılıb.

“Bizim hazırda Kosovoda nəzərəçarpan missiyamız var, hərbi mövcudluğumuz 4000 nəfərə yaxındır. Ehtiyac olarsa, biz qüvvələri hərəkət etdirəcəyik və onları lazım olan yerə yerləşdirərək mövcudluğumuzu artıracağıq. Biz artıq Şimalda mövcudluğumuzu artırmışıq. Biz daha artığına da hazırıq”,- deyə Stoltenberq vurğulayıb.

Qeyd edək ki, bu ayın əvvəlində Kosovo ilə Serbiya arasında gəriginlik pik həddə çatıb.

Baş verən insidentlər zamanı 10-dan çox kosovolu yaralanıb.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top