Bu il 802 min şəxs sosial müavinət və təqaüdlə təmin edildi

SOSİAL 17 avq 2022, 11:58
Yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 802 min şəxsə sosial müavinət və təqaüd ödənilib.

Bu barədə Demokrat.az-a ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, onlardan 441 min nəfəri sosial müavinətlə, 361 min nəfəri Prezidentin aylıq təqaüdü ilə təmin olunub.

Əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 35 faiz çox olmaqla 465 mln. manat, Prezident təqaüdləri üzrə 27 faiz çox olmaqla 308 mln. manat ödənilib.

Bu ilin 7 ayında 153,8 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 374,5 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.



Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top