“Çox təəssüflər olsun ki, 44 günlük Vətən müharibəsinin bitməsindən və üçtərəfli bəyanatın imzalanmasından iki ilə yaxın vaxt keçsə də, biz hələ işğaldan azad olunmuş torpaqlarımızı minalardan təmizləyib qurtara bilməmişik, çünki işğal müddətində Ermənistan bu əraziləri minalarla çirkləndirib. Ən utancverivi məqam ondan ibarətdir ki, beynəlxalq konvensiyalara zidd olaraq qadağan olunmuş minalar məhz bu ərazilərdə istifadə olunmaqdadır. Bu minaların aşkar edilməsi, zərərsizləşdirilməsi çox böyük vaxt və maliyyə vəsaiti tələb etməkdədir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.Deputat vurğulayıb ki, təəssüflər olsun ki, ötən müddət ərzində ermənilər öz xislətlərindən, terror əməllərindən əl çəkməmişdir:
“Azərbaycan ərazisində ermənilərin yaşadığı və rus sülhməramlıların müvəqqəti nəzarətində olan yerlərə də minalar basdırmağa davam ediblər. Bu isə onu göstərir ki, ermənilər qətiyyən öz xislətlərindən, öz mövqelərindən əl çəkmirlər.

Onlar hər vəchlə cinayət törətmək və azərbaycanlıları qətlə yetirmək, həmçinin narazılıqların artmasını istəyirlər. Bu gün Laçın və onun ətrafındakı ərazilərin də qanunsuz ermənilərdən təmizlənməsi prosesi həyata keçirilir. Bu ərazilərdə də, meşə massivində də, yollarda da minalara rast gələ bilərik. Bütün bunlarla yanaşı bizim əldə etdiyimiz yeni yüksəkliklərdə, hal-hazırda tam olaraq silahlı qüvvələrin nəzarəti altına keçirilən ərazilərimizdə də bu cür hallara rast gəlinir. Bu baxımdan da bizim görəcəyimiz işlər çoxdur. Biz heç bir zaman unutmamalıyıq ki, bizə qarşı döyüşmüş, torpaqlarımızı işğal etmiş bu quldurlar tamamilə fərqli düşüncənin sahibidirlər. Onlar da insan sevgisi, centlimenlik onlarda dincə əhaliyə toxunmamaq kimi meyarlar, dəyərlər yoxdur. Çalışmalıyıq ki bu revanşist qüvvələri, terroristləri tamamilə bizim ərazilərdən uzaqlaşdıraq və bu ərazilərdə biz minalardan təmizləyək. Revanşist qüvvələr anlamalıdır ki, hər ötən gün onların əleyhinə işləyir. Proseslərin yubanması nəticə etibarilə Ermənistanın daha rüsvayçı, biabırçı bir vəziyyətə düşməsinə səbəb ola bilər. Onlar güc göstərmək, hansısa ümidlərə qapılmaq yerinə üçtərəfli bəyanatın öhdəliklərini mütləq yerinə yetirməlidirlər”.
Aynurə Pənahqızı
Demokrat.az