Maşın alverçisi saytda elan verdi, müştərinin pulunu ələ keçirdi — ŞOK TƏFƏRRÜAT

KRİMİNAL 16 avq 2022, 12:18
Abşeron rayonunda 1988-ci il təvəllüdlü Dəyanət maşın almaq istəyən Sənan adlı şəxsə qarşı dələduzluq edib.
 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Dəyanət bu adla Sənanın 1730 manatını ələ keçirib. 

Istintaq orqanı tərəfindən Dəyanətin barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Dəyanət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki,A stara rayonu, Şiyəkəran kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu S.Sani Axundov küçəsində ailəsi ilə birlikdə kirayə yaşayır: “Özüm maşın alveri ilə məşğul oluram. Binəqədi rayonunda ofis icarəyə işlədərək həmin ofisdə maşın satışı ilə bərabər avtomobilləri günlük arendayada verirəm. Satdıq avtomobillərini Turbo.az saytında elanada yerləşdirirəm. Turbo.Az saytında avtomobil elana verən zaman əlaqə nömrəmi də elana yerləşdirirmişəm”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 2021-ci ilin yanvarın 25-də bir nəfər tanımadığı şəxs onun istifadəsində olan nömrəsinə zəng vuraraq göy rəngdə “RAVON” markalı avtomobil istədiyini bildirib: “Bundan sonra biz Xətai rayon ərazisində Nefçilər xəstəxanasında görüşdük, bu barədə söhbət etdik. Həmin vaxt bildim ki, onun adı Sənandır. Söhbət əsnasında dedi ki, kreditə olsa daha yaxşı olar. Ona bildirdim ki, ilkin ödəniş kimi 1500 manat verərsən, 36 ay isə 550 manatdan ödəniş edərsən. Həmin vaxt razılaşdıq. Sənan demişdirki, onda pulu necə verim? Dedim ki, sənə kart verəcəm, həmin pulu həmin karta göndərərsən”.
 
Dəyanət bildirib ki, Sənan ona ümumilikdə 1730 manat pul göndərib: “Biz maşını ilkin ödəniş kimi 1500 manata danışsaq da, əlavə 230 manat pulun 100 manatı maşının qeydiyyat xərclərinə, 110 manat isə Sənanın srücülük vəsiqəsində olan cəriməsi ödəmək üçün aldığımı bildirdim. Bundan sonra göy rəngli RAVON markalı avtomobil tapa bilmədiyim üçün onun puluna başqa bir avtomobil aldım. Sənan məndən pulunu istəyəndə, baş verənləri ona dedim, əvəzinə başqa bir maşın verməyimi söylədim. O, isə razılaşmadı. Mən isə onun pulunu verə bilmədim. Ancaq söz verdim ki, onun 1730 manat pulunu ödəyəcəm”.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Dəyanət 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top