Səlim Müslümov vurduğu ziyanın 20 milyon manatını ödədi: Sabiq nazir kimlərdən rüşvət alıb? — TAM SİYAHI

HADİSƏ 15 avq 2022, 17:14
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim hakim Faiq Qəniyevin icraatında baş tutan prosesdə prokuror Babaxan Həsənəliyev ittiham aktını elan edib.

Məlum olur ki, ittiham aktı 573 səhifədir, şahidlərin sayı 341 nəfərdir.

İttiham altında qeyd olunub ki, "Avrora-94" MMC, "Sübhan 2014" MMC, "Araz 2012" MMC-dən rüşvət alıb.
 
Bundan başqa, əlillərin sanatoriyasında da rüşvət aldığı bildirilib. Reabilitasiya avadanlıqlarını satışı ilə məşğul olan şirkətlərdən də rüşvət alıb. 

Mərdəkan qəsəbəsində müalicə pansionatının təmiri üçün ayrılan pullar da israfçılığa yol verilib. 

Səlim Müslümovun dövlətə vurduğu ziyanın 20 milyon manata çatdığı müəyyən olunub.

Daha sonra qeyd olunub ki, şəhid ailələri və müharibə əlilləri üçün tikilib evlərdən ayrılan pulları da mənimsədiyi məlum olub. 

Növbəti proses avqustun 29-da davam edəcək. 

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub.

Səlim Müslümov rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb.

Səlim Müslümov dəymiş ziyanın 6.974.428 manatını ödəyib.

İstintaq həmin ödənilən məbləğin Maliyyə Nazirliyinin müvafiq hesabına köçürülməsi barədə qərar qəbul edib.

Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top