Şuşa ilə bağlı filmin çəkilişlərinə strat verildi — FOTOLAR

İNCƏSƏNƏT 15 avq 2022, 16:44
“Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin  Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi  Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsinin icrası davam edir. 

Demokrat.az xəbər verir ki, layihə rəhbəri Lalə Azərtaşın verdiyi məlumata görə, layihə çərçivəsində Şuşanın 270 illiyinə həsr edilən qısametrajlı filmin çəkilişlərinə başlanılıb. Filmin çəkilişləri  Şuşa və Bakı şəhərlərində aparılacaq. Bu məqsədlə 44 nəfərlik yaradıcı heyət ilk olaraq Şuşa şəhərində çəkilişlərə start verib. Layihə rəhbərinin sözlərinə görə, Şuşa üçün rəmzi məna daşıyan bir sıra məkan və məqamların əksini tapacaq filmin əsas ssenari xətti real tarixi hadisə üzərində qurulub. 

Xatırladaq ki, əsas məqsədi Şuşanı virtualı məkanda təblig etmək olan layihə çərçivəsində bundan başqa üç - Azərbaycan, rus və ingilis dillərində saytın açılması,  jurnal nəşri də nəzərdə tutulur. 




Məlik
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top