Azərbaycanın para-stolüstü tennis komandası İslamiadada medal qazanıb

İDMAN 15 avq 2022, 16:21
Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında daha bir medal qazanıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Azərbaycanın para-stolüstü tennis komandası bürünc medala yiyələnib.

Qeyd edək ki, digər üçüncü yeri Tacikistan tutub. Gümüş medallara İran yiyələnib. Meydan sahibi Türkiyə isə birinci olub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top