“Bunun qarşısını ala bilmirlərsə, Türkiyəni ittiham etmək çox mənasızdır” – ŞƏRH

XARİCİ SİYASƏT 15 avq 2022, 15:47
Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın əməkdaşlığı NATO-da böyük qıcıq yaradır. Bu fikri Stiven Erlanger “The New York Times” üçün yazdığı məqalədə qeyd edib. Mətndə deyilir ki, bu əlaqələr Qərbin bütün gücü ilə qurmağa çalışdığı sanksiya bəndində əhəmiyyətli bir boşluq yaradır.

Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli Demokrat.az-a açıqlamasında bildirib ki, burada Türkiyənin xarici siyasəti hədəf alınıb:

“Əgər o qədər səmimidirlərsə, o zaman NATO ölkələrinin də daxil olduğu Alyans üzvləri Rusiyadan qaz almasınlar, enerji sahəsində əməkdaşlıq etməsinlər. Bunun qarşısını ala bilmirlərsə, Türkiyəni ittiham etmək çox mənasızdır. Bu gün Türkiyəni ittiham etməmişdən qabaq baxmaq lazımdır ki, taxıl böhranını Türkiyə həll etdi. Bu mənada Stiven Erlangerin yazdığı məqalə ikiüzlülükdən və şər missiyasından başqa bir şey deyil”.

Aynurə Pənahqızı
Demokrat.az  

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top