Evləri yandırır, ölülərinin qalıqlarını özləri ilə aparırlar... — ŞƏRH

GÜNDƏM 15 avq 2022, 13:03
Məlum olduğu kimi, Laçına qanunsuz məskunlaşdırılmış ermənilərə avqustun 25-nə kimi oranı tərk etmələri barəsində göstəriş verilib. Hətta Ermənistan tərəfi onlara heç bir yeri yandırmadan çıxacağı təqdirdə köç xərcləri və İrəvanda evlər veriləcəyini qeyd edib. Bununla belə Laçından çıxan erməni ailələr onlara edilən xəbərdarlığa baxmayaraq, evləri yandırır. Zabux kəndinə yerləşdirilən erməni ailələrdən biri, hətta evini yandırdığının videosunu da açıq-aşkar paylaşıb. 

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən Politoloq Turan Rzayev deyib ki, Erməni xisləti təəssüf ki, dəyişmir. 

“Bundan əvvəl ermənilərin Laçında meşə sahəsinə də od vurması haqqında görüntülər dərc olunmuşdu. Yaxın keçmişə nəzər saldıqda isə görə bilərik ki, 1992-ci il Ermənistan işğalı nəticəsində Laçın rayonunda 13,8 min, o cümlədən Laçın şəhərində 1340, Zabux kəndində isə 100 ev dağıdılaraq məhv edilmişdi. 30 ildən sonra indi ermənilər Zabux kəndində işğal altında saxladıqları evləri yandırırlar. 



Düzdür bu evlərin bir qismi erməni lobbisinin 2013-cü ildə inşa etdikləri evlər olsa da Laçın sakinlərinin dağıdılmış evlərinin yerində tikilən evlərdir. 

30 ilə yaxın azərbaycanlı evində qalan erməni ailələri avqustun 25-dək tərk etmələri olduqları ərazilərdə evləri yandırıb gedirlər.

Nəticə etiabrilə ermənilər bir daha sübut etdilər ki, həqiqətən də nə 30 il ərzində yaşadıqları evlər, nə də üzərində yaşadıqları torpaq onlara aid deyil. Heç bir sağlam düşüncəli insan öz alın təri, əziyyəti bahasına ərsəyə gətirdiyi mülkü yandırmaz. Ermənilər isə evi yandırırlar, çünki bu evlər onların deyil. 
Ev yandırmaqdan daha dəhşətlisi isə torpaqdan, qəbirləri qazıb ölmüşlərinin qalıqlarını aparmalarıdır. Əslində bu fakt belə özlüyündə torpaqların ermənilərə məxsus olmadığını sübut edir. 
Müqayisə üçün deyə bilərəm ki, azərbaycanlılar vaxtilə erməni zülmü nəticəsində məcburi surətdə  torpaqlarını tərk edəndə heç bir mal-mülk, hətta şəxsi əşyalarını belə götürməmişdilər. Çünki  əmin idilər ki, öz evləridir, qayıdacaqlar”.

Aynurə Pənahqızı 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top