Latviyada iş yerləri və ictimai məkanlarda rus dilinin istifadəsi məhdudlaşdırılır

DÜNYA 15 avq 2022, 00:08
Latviyada iş və ictimai yerlərdə rus dilinin istifadəsini məhdudlaşdıran qanun  hazırlanır.

Bu barədə ölkənin ədliyyə naziri Yanis Bordans məlumat verib.

“Məhsulların satışı və ya xidmətlərin göstərilməsi zamanı dövlət dili ilə yanaşı, Avropa İttifaqı ölkələri xaric, digər ölkə dilinin istifadəsinə qadağa qoyulmalıdır”, - deyə nazir bildirib.

O, rus dilinin telefon və bank mesajlarından da çıxarılacağınıistisna etməyib.

Bordans qeyd edib ki, yaxın vaxtlarda belə bir qanun hökuməti formalaşdıran partiyalara, sonra isə Latviya Seyminə təqdim ediləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top