İrəvanda partlayış nəticəsində yaralıların sayı 60-a çatdı, ölənlər var

REGİON 14 avq 2022, 22:05
İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 60 nəfərə çatıb, 2 nəfər həyatını itirib.

Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Dağıntılar altından bir qadının meyiti çıxarılıb. Bundan əvvəl partlayış nəticəsində 40-45 yaşlı bir kişinin öldüyü açıqlanıb.

Eyni zamanda xəsarət alan 57 nəfərdən 36-nın durumunun orta-ağır olduğu bildirilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top