Podolyak: “Ukraynanın öz ərazilərini istənilən silahla azad etmək hüququ var”

DÜNYA 14 avq 2022, 21:28
Ukrayna istənilən silahın köməyi ilə öz ərazilərini rus işğalçılarından azad edə bilər.

Bunu Ukrayna prezidentinin dəftərxana rəhbərinin müşaviri Mixail Podolyak “Twitter” səhifəsində yazıb.

“Krım da Donetsk və ya Xerson kimi Rusiya Federasiyasının bir hissəsi deyil. Zaporojye AES Rusiyanın obyekti deyil, Ukraynanın atom elektrik stansiyasıdır.

Rusiya yad bir ölkə ərazisinə müharibə ilə gəlmiş işğalçı və qatildir. Ukraynanın öz ərazilərini istənilən silahın köməyi ilə azad etmək üçün hər cür hüquqi əsası var”, - Podolyak qeyd edib

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top