Azərbaycan gimnastları İslamiadada daha 2 medal qazandı YENİLƏNİB FOTO/VİDEO

İDMAN 14 avq 2022, 14:50
Azərbaycan gimnastları Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında daha 2 medal qazanıblar.

Demokrat.az
xəbər verir ki,  Vladimir Dolmatov, Mədinə Mustafayeva və Xoşqədəm Quliyevadan ibarət kollektiv trio yarışlarında 2-ci olublar.


***13:34


Azərbaycan gimnastları Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti medalı qazanıblar.

Demokrat.az
xəbər verir ki, Vladimir Dolmatov və Mədinə Mustafayevadan ibarət cütlük aerobika gimnastikası üzrə qarışıq qoşa yarışlarında 1-ci yeri tutublar. 


***12:15


Azərbaycan gimnastı Vladimir Dolmatov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Demokrat.az
xəbər verir ki, o, aerobika gimnastikası üzrə fərdi proqramda bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Fərdi proqramda çıxış edən digər Azərbaycan təmsilçisi Mədinə Mustafayeva isə gümüş medala sahib çıxıb.









 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top