Tələbə qəzada öldü

HADİSƏ 13 avqust 2022, 22:58
Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) tələbəsi avtomobil qəzasında ölüb.

Bu barədə universitetin “Facebook” səhifəsində məlumat verilib.

Bildirilib ki, ADPU-nun nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecinin Məktəbəqədər təhsil ixtisasında təhsil alan Nəzrin Ələsgərova avtomobil qəzası nəticəsində həyatını itirib.
Universitet rəhbərliyi tələbənin vəfatından məyusluğunu bildirib, ailəsinə səbr arzulayıb.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top