“Sirab”ın tərkibindən minerallar çıxarılır? — AÇIQLAMA

SOSİAL 13 avq 2022, 15:52
“Sirab” suyunun mineral tərkibi eyniadlı şirkətin rəsmi saytında yerləşdirilən məlumatla uzlaşmır.

Demokrat.az xəbər verir ki, bu barədə bir müddət öncə ekoloq Rövşən Abbasov araşdırma aparıb.



Xəzərin dərdi var: “Dənizdə neft və çirkab suları görürük, o hesabatlara  necə inanaq?”

Məlum olub ki, qazsız suda mineralların miqdarı həddən artıq azdır, böyük ehtimalla, onun tərkibindən minerallar çıxarılır. Yəni içdiyimiz Sirab bulaqdakı Sirab deyil.

Ekoloq Sirab suyun əsas komponentləri və onların konsentrasiyasını da bölüşüb:

Mineral Qazlı Qazsız Mg/l

Maqnezium 93-340 0,35

Kalsium 200-400 4,39

Natrium 93-340 7,27

Kalium 7-10 0,26

Sulfat 150-300 0,47
 
Hidrokarbonat 1000-2000 36,6

Xlorid 10-150 0,54

CO2 117-350


Sözügedən araşdırma ilə bağlı Pravda.az-ın əməkdaşı “Sirab”ın Bakı ofisinə  sorğu göndərib.

Şirkətin əməkdaşı qısa vaxt ərzində məsələyə aydınlıq gətirələcəyini, açıqlama veriləcəyini deyib. İki həftəyə yaxın (11 gün) keçməsinə, saytımız tərəfindən xatırlatma edilməsinə baxmayaraq, hələ də heç bir açıqlama verilməyib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top