Un qıtlığı yarandı — VİDEO

SOSİAL 12 avq 2022, 08:56
Son vaxtlar unun qiymətinin bahalaşacağı haqda gəzən xəbərlərin ardından ölkəmizin bir sıra bölgələrində un qıtlığı yaranıb. Vətəndaşların "Xəzər Xəbər"ə müraciətinin ardından əməkdaşlarımız şimal qərb bölgəsində, Zaqatala, Balakən, Qax, Şəki rayonlarında olublar. Məlum olub ki, bu rayonlarda son 1 həftədir ki, un qıtlığı var. Sakinlər bildirirlər ki, satış nöqtələrində un tapmırlar. Bəs buna səbəb nədir?

Şimal-qərb bölgəsində artıq bir həftədir ki, mağazalarda un tapılmır.

Satıcıları unu digər rayonlarda un istehsal edən iri dəyirmanlardan tədarük edirlər. Hal hazırda isə bu dəyirmanlardan bilinməyən səbəblərdən bir həftədir ki un gəlmir. Elə yaxınlaşdığımız ilk satıcı unun artıq bir həftə olar ki gəlmədiyindən şikayətləndi. Səbəb olaraq isə  Şəkidə fəaliyyət göstərən dəyirmanın işləməməsini dedi.

Sakinlər isə unun olmamasını qiymətinin qalxacağı ilə əlaqələndirdilər.

Hətta Qax rayonunda un tapa bilməyib qonşu rayona üz tutan sakinlərlə də rastlaşdıq.

Şimal qərb bölgəsini unla təmin edən MMC-nin Şəki bölməsindən bildirildi ki, respublikada bütün dəyirmanlarda,  o cümlədən bu dəyirmanda  da   ildə bir dəfə profilaktiki sazlama,  dezinfeksiya, tədbirləri aparılır. Bu oxşar müəsisələrdə mərhələlərlə aparılır ki, una təlabat pozulmasın. Müəssisədə bütün tədbirlər artıq  başa çatıb və  buğda  tədarükünə başlanıb.

O da qeyd edilib ki, dəyirman bölgədə olan un tələbatını tam ödəyir.



Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top