Yevlax-Bərdə magistralında avtomobil ağaca çırpıldı, üç nəfər xəsarət aldı

HADİSƏ 11 avq 2022, 19:53
Yevlax-Bərdə avtomobil yolunda yol qəzası baş verib.

Hadisə Yevlax rayonu ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılması nəticəsində 1997-ci il təvəllüdlü Z.Abdullayev, 1996-cı il təvəllüdlü E.Məmmədli və 1997-ci il təvəllüdlü İ.Yenalıyev xəsarət alıb. Hər üç yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır./ APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top