Tural Abbaslı: “Azərbaycan əhalisinin yarıdan çoxu Ağ Partiyanı və onun rəhbərini tanıyır”

GÜNDƏM 11 avq 2022, 16:34
“Azərbaycanda siyasi fəaliyyət çox təhlükəli fəaliyyət növü olduğu üçün siyasətə perspektevli, uğur vəd edən insanlar gəlmir. O insanlar çox vaxt karyera qurmağa meyilli olurlar və hakimiyyətin qurduğu siyasət sistemində uğur qazanacaqlarına inanmırlar. Çünki siyasətçilərin sonu ya həbsxana, ya mühacirət, ya da kasıblıq olurdu. 30 ildir ki, belə bir ənənə var idi. Buna görə də yeni siyasi fiqurların ortaya çıxması ağır proses idi. Nəticələrini biz bu gün də görür və yaşayırıq”.

Bunu Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

T.Abbaslı bildirib ki, son zamanlar “Ağ Partiya” fenomeni var və siyasi səhnədə qısa müddətdir olmasına baxmayaraq əhalinin ən azı yarıdan çoxu Ağ Partiyanı və onun rəhbərini tanıyır: ““İnsanların siyasi lider yoxdur” dediyini düşünmürəm. Bu, subyektiv yanaşma ola bilər. Mən özüm insanlar arasında oluram, dükana gedirəm, taksiyə minirəm, partiya üzvlərimiz insanlardan kifayət qədər müsbət reaksiya alırıq. Hələ sosial şəbəkələrdəki geridönüşləri demirəm. Bizə üzvlükə bağlı müraciətlərin sayı hər şeyi deyir. Məsələn, keçən həftə biz 56 nəfər yeni üzv qəbul etmişik. Bir həftəyə bu qədər üzv qəbul edən ikinci partiya var? Kimlərsə bunu görməyə bilər. Başqa partiya lideri məni və ya başqasını lider hesab etməz, çünki o, öz partiyasının lideridir. Buna görə də bununla bağlı əhali arasında sorğu keçirmək lazımdır. Dialoq mühiti davam etsə, siyasi repressiyalar azalsa, siyasi fəaliyyətə normal şərait yaradılsa, çoxpartiyalı sistemin inkişafı üçün addımlar atılsa, Azərbaycan səhnəsində kifayət qədər siyasi fiqurlar yetişəcəyini düşünürəm. Belə olması dövlətə və dövlətçiliyə faydalıdır. Çünki heç kim və heç nə əbədi deyil. Yeni siyasi liderlər, kadrlar yetişməsə Azərbaycan sabah siyasi fiqurlarsız qalacaq. Bu baxımdan da mən o qədər də bədguman deyiləm”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top