Sosioloq: “Bəzi valideynlər övladlarını hansı bəlaya düçar etdiklərinin fərqində deyillər”

GÜNDƏM 11 avq 2022, 13:16
“Bəzən valideynlər uşağın damağına siqareti qoyub və bunu da sosial şəbəkələrdə fəxrlə paylaşırlar. Onlar fərqində deyillər ki, bununla övladlarını hansı böyüklükdə bəlaya düçar edirlər”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib. 

Sosioloq qeyd edib ki, əlində qədəh övladının şəklini çəkib paylaşanlar, uşağa spirtli içki içirdərək sağlıq deyizdirənlər bunu mərifət və bacarıq hesab edirlər:



“Təbii ki, bütün bu cür hallarda birbaşa valideyn məsuliyyət daşıyır. Valideynlərin bu məsələdə məlumatlandırılmasına ehtiyac var. Onlar buna görə qanun qarşısında cavab verəcəklərini bilməlidirlər. Ona görə də, gərək adiyyatı qurumlar belə valideynlərlə işləsinlər. Qeyd edim ki, bu cür vəziyyət uşağın həm sağlamlığına, həm psixologiyasına, həm də gələcəyinə olduqca mənfi təsir edir. Çünki uşaqlar onlara göstərilən hər şeyi təkrar edirlər. Uşaqlar özləri seçmirlər hərəkətləri, onlar təqlid edirlər, yaxud da buna məcbur edilirlər. Ona görə, gərək bu sahədə valideynlər arasında maarifləndirmə işləri aparılsın”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top