Salyanda şəhidlərin əziz xatirəsinə həsr olunmuş futbol üzrə rayon birinciliyi keçirildi — FOTOLAR

SOSİAL 11 avq 2022, 12:34
Avqustun 10-da Salyan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Salyan rayon Dəmiryolçu stadionunda Salyan rayonunun  Qarabağ uğrunda canını  fəda  etmiş şəhidlərinin əziz xatirəsinə həsr olunmuş futbol üzrə rayon birinciliyinin açılış mərasimi keçirilmişdir. 

Demokrat.az xəbər verir ki, ilk öncə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçərək şəhid olmuş qəhrəman Azərbaycan oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi . Sonra  Dövlət himni səsləndirildi. 

Tədbirdə ilk öncə  çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi müavini  Aqşin Qasımov bildirdi ki, Müzəffər Azərbaycan ordusu 44 günlük Vətən müharibəsini parlaq zəfərlə başa vurdu.Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Son 15-20 il ərzində yetmiş Azərbaycan Gəncləri Xalqımızın qalib olduğu Vətən müharibəsində Xüsusi fədakarlıqla iştirak edərək məğrur ordumuzun möhtəşəm qələbə qazanmasında danılmaz rol oynadı.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının sədri Elmar Əhmədov bildirdi ki, Azərbaycan xalqının çağdaş tarixinə qeyrət, hünər, şərəf səhifəsi kimi yazılan 44 günlük Vətən müharibəsi 30 ildən bəri yaşadığımız yurd itkisinə son qoymaqla hamımıza sonsuz sevinc, ölkəmizə ümummilli təntənə bəxş etdi. Dəmir yumruğa çevrilmiş nəhəng güc hesabına qazandığımız bu misilsiz qələbə əvvəlki faciələrimizin ağrı-acılarını ovutdu.

Tədbirdə çıxış  edən  Qarabağ qazisi,  Xüsusi  Təyinatlı  Qüvvələrin  giziri  Zamiq  Əsgərov  qeyd etdi ki, Qarabağ zəfərinə aparan yolda Azərbaycan düşməni ağır məğlubiyyətə uğradarkən yeni şəhidlər verdi. Hünərləri ilə ölkəmizin ərazisini bütövləşdirən, itirilmiş torpaqlarımızı axan qanları ilə yenidən vətənləşdirən bu şəhidlərin hər biri fiziki ölümləri ilə mənəvi ölümsüzlüyə qovuşsalar da, onlar bir ailənin övladı, bir nəslin doğması, bir elin-obanın yetirməsidir. 

Sonra çıxış edənlər Salyan rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rəşad Kərimov, Vətən müharibəsi şəhidi Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Kamil Şirinovun atası, keçmiş  hərbçi Əliş Şirinov və Salyan şəhər Bələdiyyəsinin  sədri  Sərvəddin  Cəfərov bildirdilər ki, Müzəffər ordumuzun bu parlaq qələbəsində Gənclərin özünəməxsus rolu və payı oldu. 

Torpaqlarımızın bütövlüyü uğrunda apardığımız haqq mübarizəmizdə Azərbaycan qəhrəmanları Vətən uğrunda döyüşərək Şəhidlik zirvəsinə ucaldılar və adlarını Xalqımızın şanlı tarixinə yazdılar.

Sonra Qarabağ qazisi,  Xüsusi  Təyinatlı  Qüvvələrin  giziri  Zamiq  Əsgərov  Canavarlar komandasının  hazırladığı  nümunəvi  çıxışlara  start verildi.

Daha  sonra  Vətən müharibəsi şəhidi Balıyev Hüseynağanın  övladı  topa  rəmzi  zərbə  vurması ilə birinciliyə  start  verildi.

İlk  oyun  günü  aşağıdakı  nəticələr  qeydə  alındı.

Lokomativ –Seyidsadıqlı 1-0

Lokomativ2 –Qızlağac 2  1-0

Birincilikdə 10-28  avqust 2022-ci il  tarixlərində A, B, C  və D   qruplarında olmaqla 14 komanda mübarizə aparacaqdır. 

Hər qrup üzrə 1-ci və 2- ci yeri tutmuş komandalar mübarizəni davam etdirəcəkdir.

11  avqust  2022-ci il tarixdə aşağıdakı komandalar qarşılaşacaqdır. 

Saat 17:30  Kürsəngi -  Ərəbqardaşbəyli 

Saat 18:50  Yuxarı  Noxudlu - Xıdırlı



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top