Separatçılar Qarabağı sülhməramlılarla birlikdə qorumaq istəyirlər

QARABAĞ 11 avq 2022, 11:54
“Artsaxın (Qarabağ-red) silahlı qüvvələrdən imtina etmək niyyəti yoxdur”.

Bunu avqustun 10-da "Azadlıq Radiosu"nun erməni xidmətinə müsahibəsində separatçı rejimin parlamenti kimi təqdim olunan qurumun nümayəndəsi Seyran Ayrapetyan deyib.

Bakı Qarabağdakı erməni silahlı birləşmələrinin oradan çıxarılmasını tələb edir. Bu tələbi son dəfə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov səsləndirib.

Lakin Ayrapetyan bildirib ki, separatçıların belə bir niyyəti yoxdur:

“Özünümüdafiə ordusundan imtina satqınlığa bərabərdir. Sülhməramlılar kontingenti hazırkı sayı ilə müvafiq sərhəd boyunca döyüş keşiyi çəkmək iqtidarında deyil. Biz öz müdafiəmizi sülhməramlıların dəstəyi ilə özümüz təşkil etməliyik”.

Qeyd edək ki, Qarabağda elan edilmiş qismən səfərbərlik 7 gün davam edib. Separatçıların "prezidenti" kimi təqdim olunan Arayik Arutyunyan bu barədə müvafiq sənədi avqustun 3-də iki erməni əsgərin ölməsindən və iyirmiyədək erməni hərbi qulluqçunun yaralanmasından sonra imzalamışdı.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top