“Rus sühməramlıların müvəqqəti olduğu ərazilərdə demilitarizasiya prosesi artıq başlayıb”

GÜNDƏM 10 avq 2022, 17:52
“Qisas” anti-terror əməliyyatı ilə Qarabağdakı erməni separatçılarının rəhbərinin və onun tabeliyində olan silahlılarının başına dəyən “dəmir yumruq” artıq öz nəticəsini verməyə başlayıb.

Bunu Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Ekspert qeyd edib ki, əməliyyatların ilk günü Azərbaycan ərazilərindən Ermənistana məxsus olan silahlı birləşmələrinin qismən çıxarılmasının müşahidə edilib:

“Qarabağdakı qoşunların sayının minimuma düşdüyü bir vaxtda Azərbaycanın Qarabağ bölgəsində özünü separatçıların və qanunsuz silahlı dəstələrin başçısı hesab edən Araik Arutunyan da qismən “səfərbərlik”lə separatçı rejimə cəlb etdiyi şəxsi heyəti təxris etməyə qərar verib.

Bu isə onu göstərir ki, rus sühməramlıların müvəqqəti olan ərazilərdə demilitarizasiya  prosesi artıq başlayıb. Lakin bu prosesin biz hələ başa çatdığını deyə bilmərik. Odur ki, baş verənləi yaxından izləməliyik. Biz Qarabağdan son erməni silahlısının, son erməni texnikasının və silahının tamamilə çıxarılmasını həm də vizüal faktlarla təsdiqi ilə birlikdə əldə etməyə nail olmalıyıq”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top