“Moody's” SOCAR-ın reytinqini yüksəltdi

SƏNAYE VƏ ENERGETİKA 10 avq 2022, 17:10
“Moody's Investors Service” (“Moody's”) beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) reytinqlərini korporativ ailə reytinqi (CFR) və yüksək təminatsız reytinqi də daxil olmaqla “Ba2”dən “Ba1”ə yüksəldib.

“Report” agentliyə istinadən xəbər verir ki, eyni zamanda “Moody's” SOCAR-ın Əsas Kredit Qiymətləndirməsini (BCA) “b1”dən “ba3ə”, Defolt Ehtimalı Reytinqini (PDR) isə “Ba2-PD"dən “Ba1-PD”yə yüksəldib. Reytinq agentliyi həmçinin şirkətin reytinqləri üzrə proqnozunu "müsbət"dən "stabil"ə dəyişib.

Bugünkü reytinq qərarı avqustun 5-də Azərbaycanın suveren reytinqinin “Ba2”dən “Ba1”ə yüksəldilməsinə uyğundur.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top