Əlcəzairin XİN rəhbəri: “Azərbaycan sülh və təhlükəsizliyə çox vacib töhfə verir”

XARİCİ SİYASƏT 10 avq 2022, 13:55
“Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəaliyyətini yüksək qiymətləndiririk”.

Demokrat.az
xəbər verir ki, bunu Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamra deyib.

“Azərbaycan sülh və təhlükəsizliyə çox vacib töhfə verir”, - o bildirib.

Onun sözlərinə görə, Əlcəzair və Azərbaycan digər platforma və təşkilatlar, o cümlədən BMT, OPEC+ və Qaz İxracatçısı Ölkələrinin Forumu çərçivəsində əməkdaşlıq edir.

“Əminəm ki, səfərim əməkdaşlığımızın genişlənməsinə şərait yaradacaq. Sülh bizim üçün son dərəcə vacibdir. Hesab edirik ki, səylərimiz qlobal sülhün qurulmasına öz töhfəsini verəcək”, - Əlcəzairin XİN rəhbəri deyib.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top