Azərbaycanda iki sahibkarın ölkədən çıxmasına qadağa qoyuldu — QƏRAR

HADİSƏ 10 avq 2022, 09:58
Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan iki nəfərin ölkədən çıxışına məhdudiyyət qoyulub. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, bunlar binzes fəaliyyəti ilə məşğul olan – Yusif Saim oğlu Mahmudov və Pərvin Rahib qızı Həşimovadır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edib. 

Hər iki sahibkarın dövətə borcu olduğunu, onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş edib. 

Hakim Nərmin Əhmədovanın sədrliyi ilə baş tutan prosesdə ərizə təmin olunub. 

Yusif Mahmudov və Pərvin Həşimovanın ölkədən getmək hüquqları müvəqqəti məhdudlaşdırılıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top