Aslan İsmayılov: “Gətirilən auksion maşınlarının əksəriyyəti qəza vəziyyətindədir”

GÜNDƏM 09 avq 2022, 17:20
Dövlət Gömrük Komitəsinin avtomobillərin gömrük rüsumlarını kosmik səviyyəyə qaldırması nəticəsində şəhərimizi auksiondan alınmış “xlam” maşınlarla doldurub Gürcüstanı regionun avtomobil mərkəzinə (hub) çevirdilər.

Demokrat.az xəbər verir ki, bunu tanınmış vəkil Aslan İsmayılov bildirib.

"Gətirilən auksion maşınlarının əksəriyyəti isə qəza vəziyyətindədilər. Etirazlara cavab olaraq bu qərarı ekologiyanın qayğısına qaldıqlarından atıldığını bildirirdilər. 

Dünən bir gənclə söhbət əsnasında bildim ki, tam elektrik avtomobillərin gömrük rüsumu hibrid avtomobillərin gömrük rüsumundan yuxarıdır. Maraq üçün Gömrük Komitəsinin saytında olan hesablayıcıda (bit.ly/3d5AQPF) özüm yoxladım. 2021-ci il istehsalı olan 50 min ABŞ dollarlıq 2.0 litr hibrid-benzin avtomobilin idxal gömrük rüsumu (4 min AZN) tam elektrik avtomobil rüsumundan (12 min AZN) 3 dəfə azdır (fotolara baxın). Mən başa düşə bilmirəm, əgər ekoloji faktor əsasdırsa, onda niyə elektrik avtomobillər idxal gömrük rüsumundan tam azad edilmir?!", deyə Aslan İsmayılov qeyd edib. 

Tanınmış vəkil sonda Dövlət Gömrük Komitəsindən bu məsələyə aydınlıq gətirməsini xahiş edib.




Malik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top