“Ermənistanda hazırda cəmiyyət iki hissəyə bölünüb. Bu kəsim arasında əksəriyyət Ermənistanın hər hansı müharibəyə daxil olmamasını istəyənlərdir. Paşinyanın müharibədə məğlub olmasına baxmayaraq, seçkilərdə qalib gəlməsi əslində əksəriyyətin Ermənistanda müharibəni istəməyən kütlələrdən ibarət olduğunun sübutudur”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.
Politoloqun sözlərinə görə, Ermənistanda olan bəzi radikal qruplaşmalar Azərbaycanla Ermənistan arasında hər hansı sülhün bağlanmasına qarşıdırlar və Paşinyanın devrilməsini istəyirlər:
“Onlar Paşinyanın devrilməsi üçün hər cür reallığa uyğun olmayan fikirlər səsləndirirlər. Bunlardan biri də məhz Azərbaycanın İrəvana girməsi məsələsidir. Məlum məsələdir ki, Azərbaycan özü dəfələrlə bəyan edib ki, Azərbaycanın Ermənistana qarşı hər hansı ərazi iddiaları yoxdur. Azərbaycan sadəcə olaraq 10 noyabr və 11 yanvar, 26 noyabr bəyannamələrinin yerinə yetrilməsini istəyir. Eyni zamanda, Zəngəzur dəhlizinin işlək vəziyyətə gətirilməsini istəyir. Ermənistan bu maddələrin yerinə yetirilməsi ilə bağlı hər hansı bir tədbir görmür. Azərbaycan da eyni zamanda Ermənistanın təxribatlarına cavab olaraq müəyyən vaxtlarda antiterror əməliyyatlarını həyata keçirir. Bütün bunların fonunda sözsüz ki, xalqın bəzi kəsimləri təşvişə düşür və müxalif qüvvələr xalqdakı bu təşvişdən maksimum yararlanmağa çalışaraq, Paşinyana qarşı bir növ kampaniya aparırlar”.

“Məlum məsələdir ki, hazırda Laçın dəhlizin Azərbaycanın nəzarətinə verilməsi gözlənilir. Üçtərəfli bəyanatın müddəalardan biri də bunu əks etdirir ki, 3 il ərzində marşrut tikiləcək və hazırki Laçın dəhlizi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə veriləcək. Bununla əlaqədar Laçında və digər kəndlərdə ermənilərin boşaldılması proseduruna artıq start verilir və bununla ermənilər təşvişə düşüblər. Bu ajiotaj da bir növ müxalif qüvvələrə əlavə vasitə verir ki, Paşinyana qarşı istifadə etsinlər”.
Politoloqun fikrincə, Ermənistanda hakimiyyət dəyişikliyi ola bilər:
“Sözsüz ki, Ermənistanda hakimiyyət dəyişə bilər. Bu, siyasətdir və hər an ani gözlənilməz proseslər baş verə bilər. Sadəcə indiki halda Paşinyanın devrilməsi real görünmür. Çünki Ermənistanda bəlli kəsimin Paşinyana dəstəyi var. Baxmayaraq ki, İrəvanın küçələrində mitinqləri görürük, amma bu mitinqlərdə Ermənistan əhalisinin əksəriyyəti iştirak etmir. Amma, Paşinyanın özünün istefa vermə təhlükəsi ola bilər. Çünki Paşinyan özü də bu kimi xoşagəlməz vəziyyətdən çıxış yolu kimi geri çəkilməkdə, bir növ ağ bayraq qaldırmaqda görə bilər. Bilirik ki, Paşinyan həm Avropa Birliyinin təzyiqləri üz-üzədir, Rusiya da müəyyən mənada Ermənistana təzyiq göstərir. Eyni zamanda, Azərbaycanın dəmir yumruğu da daimi Paşinyan hakimiyyəti üzərindədir. Bundan başqa, Paşinyan əslində həm auditoriyya, həm də beynəlxalq aləmə ikibaşlı mesajlar verir. Ümumiyyətlə, hesab edirəm ki, həm Avropa Birliyi, həm də Rusiya Paşinyanla işləməyə yaşıl işıq veriblər”.
Aynurə Pənahqızı
Demokrat.az