“Bu normallaşma həm də Ermənistanın xeyrinədir”

GÜNDƏM 08 avq 2022, 22:23
“Ermənistana təxribatlardan çəkinməsi üçün bir daha xəbərdarlıq edirəm. Türkiyə və Azərbaycan regionun sabitliyi, əmin-amanlığı və sülhü üçün yaxındır. Bu normallaşma həm də Ermənistanın xeyrinədir”.

Bunu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun çıxışından əvvəl səfirlərə müraciət edərək bildirib:

“Müstəqilliyinin 30-cu ilində türk dünyası daha da yaxınlaşdı. Bu bağlılığa səbəb olan ən mühüm inkişaf işğal altında olan torpaqların Ermənistandan alınması, yəni Qarabağın zəfəri oldu. Qarabağın zəfəri ilə türk dünyasının özünə inamı daha da artdı”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top