“AZAL-da biletlərin baha olması bugün hər bir vətəndaşı narahat edir. Bu barədə bir neçə dəfə Milli Məclisdə də söhbətlər gedib. Deputatlar öz seçicilərin və vətəndaşların narazılıqlarını ifadə ediblər. Amma, nədənsə yenə də biletlər gündən-günə bahalaşmaqda davam edir. Sözsüz ki, bu işin yaxşı qurulmamasında asılıdır. Əgər hər hansı bir şirkət, eləcə də AZAL öz gəlirini, çıxarını düzgün qiymətləndirsə, kadrların fəaliyyətini düzgün istiqamətləndirsə, qiymətlər bu qədər baha olmaz. Çünki tez-tez qonşu Gürcüstanın və Türkiyənin nümunəsini istinad edirlər”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. Deputat qeyd edib ki, AZAL-da qiymətlərin müqayisə olan dövlətlərlə bir neçə dəfə baha olması təəssüf doğuran haldır:
“Əlbəttə ki, bu sahədə tədbirlər görülməlidir. Çünki vətəndaşlar xarici ölkələrə gedib-gəlməkdə ciddi çətinlik çəkirlər. Digər tərəfdən, Azərbaycana çoxsaylı turistlər gəlir və onlar aviabiletlərin baha olmasının şahidi olanda sözsüz ki, Azərbaycana gəlməkdə imtina edəcəklər. Digər tərəfdən, buradan turist səfərlərinə gedən insanlar da öz pullarına qıymayacaqlar. Elə bilirəm ki, tənzimlənmə getməlidir və standartlar, normalar tətbiq olunmalıdır. İnsanların gediş-gəlişi təmin edilməlidir”.
Aynurə Pənahqızı
Demokrat.az