“Azəriqaz” problemi dərhal aradan qaldırdı — VİDEO

SƏNAYE VƏ ENERGETİKA 08 avq 2022, 13:29
Sosial şəbəkələrdə Bakıxanov qəsəbəsində səkinin ortası ilə çəkilən qaz xəttinin görüntüləri yayılıb.

Demokrat.az xəbər verir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev Feysbukda açıqlamasında bu məsələdən xəbərdar olduqlarını və problemin dərhal aradan qaldırıldığını deyib: "Həqiqətən də normal mənzərə deyil. Birlik olaraq bu məsələdən xəbərdar idik. Qaz xətti ərazidə fəaliyyət göstərən ticarət mərkəzlərindən biri üçün çəkilmişdi.

Baxmayaraq ki, bu xətt podratçı şirkətlərdən birinin "əsəri" idi, Birlik olaraq vətəndaşları narahat edən bu problemin həllini öz üzərimizə götürdük. İki gün əvvəl problem aradan qaldırıldı. Xəttin səkinin ortası ilə çəkilmiş 105 metrlik hissəsi tam olaraq kənarlaşdırılıb. Videosunu da sizə təqdim edirik".


Kərim
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top