Şahmat Olimpiadası: Azərbaycan milliləri Ermənistanla qarşılaşacaq

İDMAN 08 avq 2022, 11:45
Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın milli komandaları X turun görüşünə çıxacaqlar.

Demokrat.az xəbər verir ki, kişilərdən və qadınlardan ibarət millilər Ermənistanla qarşılaşacaq.

Kişilər

Azərbaycan – Ermənistan


Şəhriyar Məmmədyarov – Qabriel Sarqsyan

Qədir Hüseynov – Hrant Melkumyan

Vasif Durarbəyli – Manuel Petrosyan

Nicat Abbasov – Robert Hovanisyan

Bu nəticəyədək Azərbaycan millisi 14 xalla 7-ci, Ermənistan 15 xalla 3-cüdür.

Qadınlar

Ermənistan – Azərbaycan

Elina Danielyan – Günay Məmmədzadə

Lilit Mkrtçyan – Xanım Balacayeva

Anna Sarqsyan – Gövhər Beydullayeva

Susanna Qaboyan – Gülnar Məmmədova

Bu nəticəyədək Azərbaycanın qadın yığması 14 xalla 9-cu, Ermənistanın müvafiq komandası isə 14 xalla 6-cıdır.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top