Bakıda gənc oğlan arvadına niyə xəsarət yetirib? — TƏFƏRRÜAT

KRİMİNAL 08 avq 2022, 10:46
Bakının Xətai rayonunda 1990-cı il təvəllüdlü Kamran şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Südabəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 14-də baş verib. Həmin gün saat 16.30-da arvadı ilə mübahisə edib. 

Mübahisə zamanı o, arvadını döyərək, ona müxtəlif dəırəcəli xəsarətlər yetirib. 

Cinayət işi üzrə ifadə verən Kamran bildirib ki, Südabə ilə 6 ildir rəsmi olaraq ailə qurub: “Bu nikahdan 2020-ci ildə bir azyaşlı övladımız doğulub. Hadisə baş verən günü arvadım yaşadığımız mənzilə təmizlikdə kömək etməsi məqsədilə xadiməçi qadın dəvət etmişdi. Mənzilə yad adam gətirməsi səbəbindən əsəbiləşdim və ona irad bildirdim”. 

Kamranın sözlərinə görə, bu səbəbdən aralarında mübahisə baş verib: “Mübahisə zamanı əsəbim olduğum üçün əlim ilə arvadımın üz və baş nahiyəsindən vurdum”. 

Təqsirləndirilən şəxs ifadəsinin sonunda arvadını döyməsi ilə bağlı peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, əvvəllər məhkum olunmamasını qeyd edib. 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Südabə qeyd edib ki, əri tərəfindən döyülməsi ilə bağlı onu bağışlamayıb. O, ərinin məhkəmə tərəfindən cəzalandırılmasını istəyib. 

Xətai rayon Məhkəməsinin hökmü ilə kamran 1000 manat məbləğində cərimə edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top