“Azəriqaz”ın “Açıq mikrofon” aksiyaları davam edir — FOTO

BİZNES 06 avq 2022, 12:58
Növbəti həftə (08-12.08.2022 tarixləri) daha 1 şəhər və 4 rayonda "Azəriqaz" İB-nin  “Açıq mikrofon” aksiyaları keçiriləcək. 

Demokrat.az xəbər verir ki, aksiya həftənin 1-ci günü saat 14:00-da Füzuli rayonunda (Heydər Əliyev Mərkəzi), 2-ci günü  saat 14:00-da Beyləqan rayonunda (Gənclər Mərkəzinin yanı), 3-cü günü saat 11:00-da Bərdə rayonunda (Heydər Əliyev Parkı), 4-cü günü  saat 14:00-da Mingəçevir şəhərində (Gənclər Mərkəzinin yanı), 5-ci günü saat 14:00-da isə Zərdab rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.



Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top