Deputat CV-sinə nazir Hüseynqulu Bağırovun xalası oğlu olduğunu niyə yazdı? — FOTO

GÜNDƏM 05 avq 2022, 12:37
Milli Məclisə VI çağırış deputat seçilən Afət Həsənova bu dəfə öz tərcümeyi-halında yazdığı bir cümlə ilə gündəmə gəlib.

Demokrat.az xəbər verir ki, deputat CV-sinə özü və fəaliyyəti haqqında məlumatları əlavə edib. Bura qədər hər şey normal olsa da, Afət Həsənovanın sonda sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun xalası qızı olduğunu xüsusilə vurğulaması işləri korlayıb.

Afət Həsənova bununla sanki özünü sabiq nazirin kölgəsi kimi hiss etdirib. Təəssüflər olsun ki, Azərbaycanda məmurlar arasında qohumbazlıq, yerlipərəstlik, daha üstün vəzifə sahibləri ilə “qohum” olmaq ənənələri hələ də öz aktuallığını qoruyub saxlayır.

Görünür, deputat Afət Həsənova da öz şəxsi tərcümeyi-halına heç bir aidiyyatı olmayan bu məlumatı daxil etməklə daha böyük dividentlər qazanacağını, sanki bütün qapıların onun üzünə açılacağını düşünüb. Əks halda öz CV-sinə Hüseynqulu Bağırovun qohumu olduğunu niyə əlavə etsin ki…(konkret.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top