Əflatun Amaşov: “Bu təxribatın motivləri tam şəkildə öyrənilməli və adekvat münasibət sərgilənməlidir”

MEDİA 05 avq 2022, 10:27
Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinə hücum, o cümlədən dövlət bayrağımıza münasibətdə həqarətli münasibət suveren hüquqlarının təmin edilməsi, ərazi bütövlüyünün tam bərpası istiqamətində istər siyasi-diplomatik müstəvidə, istərsə də hərbi baxımdan prinsipiallıq və qətiyyət nümayiş etdirən ölkəmizə qarşı böyük təxribatdır. 

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

"Bu təxribatın motivləri tam şəkildə öyrənilməli və adekvat münasibət sərgilənməlidir.

Əminəm ki, Azərbaycanın həm müvafiq dövlət qurumları, həm də ictimai birlikləri, həmçinin media orqanları bu istiqamətdə üzərinə düşən bütün zəruri fəaliyyəti həyata keçirəcəkdir", deyə Əflatun Amaşov qeyd edib.

Malik
Demokrat.az




 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top