Qarabağda erməni separatçı-terrorçulara qarşı Azərbaycan Ordusunun keçirdiyi uğurlu “Qisas” əməliyyatı dostu da, düşməni də bir daha tanıtdı.
Ən dəhşətlisi və təəssüf doğuran məqam ölkədə hakimiyyətə gəlmək iddiasında olan radikal müxalifətin sərgilədiyi mövqedir.
AXCP sədri Əli Kərimli və Müsavat partiyasının üzvü, Milli Şuranın Koordinasiya Şurasında təmsil olunan, qurumun sədrliyinə namizədlərdən biri olan Tofiq Yaqublunun fikirləri bu qüvvələr haqqında şübhəli suallar yaradır. Bu qüvvələr Qarabağdakı separatçı-terrorçuları “silahlı qüvvə” hesab edir? Onlar Azərbaycan Ordusunun uğurlu əməliyyatından narahatdırlar? Əli Kərimli “Qisas” əməliyyatı haqda yazır ki, “nəticədə erməni silahlılarından da ölən və yaralanan var”.
Qarabağda erməni ordusunun qanunsuz silahlı dəstələri və separatçı-terrorçular qalıb. Bu, “erməni silahlıları” yox məhz terrorçulardır. Onların “erməni silahlıları” kimi təqdim etmək ən azı terrorçu olmadığını demək və legitimləşdirmək hesab oluna bilər. Bunu bilməyən sadə bir azərbaycamlı yazsaydı anlayışla qarşılamaq olardı, lakin hakimiyyətə iddia edən və özünə siyasətçi deyən Əli Kərimlinin yazması bilməməzlikdən yox, erməni terrorçularını legitimləşdirməkdən başqa bir şey deyil. Təəssüf ki, belələri Azərbaycamın siyasi seqmentində hələ də təmsil olunur. Əli Kərimli ilə eyni yolun yolçusu olan Tofiq Yaqublu isə sanki Azərbaycanda yaşamır və Qarabağda erməni terrorçularına qarşı keçirilən “Qisas” əməliyyatı onun üçün maraqlı deyil. Belə olmasaydı Azərbaycan əsgəri əməliyyat apararkən T.Yaqublu Ukrayna ordusunun təbliğatını aparmazdı. Qarabağda “Qisas” əməliyyatının getdiyi vaxt T.Yaqublu yazır:
“Şanlı USQ (Ukrayna Silahlı Qüvvələri-red) Xerson vilayətində faşistlərin hərbi texnika dolu dəmiryolu eşalonunun külünü göyə sovurub. Möhtəşəmsən, HİMARS! Slava Ukraini!!!”. Azərbaycan əsgəri haqda isə ötəri bir status paylaşır. Təkcə bu detal belə Tofiq Yabuqlunun da, Əli Kərimlinin də gerçək üzünün ortaya çıxmasına, onların əslində kim olduğu və nəyə xidmət etdiklərini anlamağa imkan verir.
Zaur Hacılı
Demokrat.az