Peskov: “Kreml Qarabağdakı vəziyyətdən narahatdır”

QARABAĞ 04 avq 2022, 15:39
“Kreml Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır, onun inkişafını izləyir və tərəfləri təmkinli olmağa çağırır”.

Demokrat.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuat konfransında deyib.

“Həqiqətən, biz çox diqqətlə müşahidə edirik, təbii ki, vəziyyətin gərginləşməsi ilə əlaqədar narahatıq, tərəfləri təmkinli olmağa, başlıcası isə, məlum üçtərəfli sənədlərin bütün müddəalarının yerinə yetirilməsinə çağırırıq”, - Peskov qeyd edib.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top