Ukrayna Rusiyanın itkilərinin sayını açıqladı

REGİON 04 avq 2022, 10:40
"Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 41 500 hərbçisi məhv edilib".

Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 789 tank, 4026 zirehli döyüş maşını, 946 artilleriya sistemi, 260 reaktiv yaylım atəşi sistemi, 118 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 191 helikopter, 742 PUA, 182 qanadlı raket, 15 gəmi, 2 960 avtomobil texnikası və avtosistern, 83 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top