Neftçalanın 4 kəndinin elektrik şəbəkəsi yenidən qurulur — VİDEO

SƏNAYE VƏ ENERGETİKA 03 avq 2022, 13:23
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, “Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Neftçalanın Qaraqaşlı, Beştalı,Cəngan,Ərəbqardaşbəyli kəndlərində işlərə başlanılıb.  

Ötən əsrin 60-ci illərindən istismarda olan 4 kəndin elektrik şəbəkəsi tamamilə yenidən, müasir formada qurulacaq. 

Hər zaman olduğu kimi “Azərişıq” ASC-nin əsas hədəfi abonent məmnunluğunu təmin etməkdir. Bunun məqsədlə Neftçalanın Qaraqaşlı, Beştalı, Cəngan və Ərəbqardaşbəyli kəndlərində də abonentlər keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz olunacaq. 

Bu kəndlərdən başqa, rayonun Mayak-1, Qırmızı Şəfəq və Yenikənd kəndlərində də tezliklə işlərə start veriləcək. 

Xatırladaq ki, investisiya layihəsi regionlarda 100-dən çox kəndi əhatə edir.



Məlik
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top