Dado Natavana söz atdı — FOTO

ŞOU-BİZNES 02 avq 2022, 22:17
Reper Dado keçmiş həyat yoldaşı, müğənni Natavan Həbibinin ikinci övladı olacağı ilə bağlı yayılan iddialara növbəti dəfə reaksiya verib.

Axşam.az xəbər verir ki, reper Zeydin fotosunu paylaşaraq onun yeganə övladı olduğunu vurğulayıb. O, şəklə "atasının yek və tək balası" sözlərini yazaraq ürək emojisi qoyub.

Qeyd edək ki, 2017-ci ildə ailə quran Natavan və Dado bir müddət sonra boşanıb. Ötən gün reper Natavanın  ikinci övladı olacağı ilə bağlı yayılan iddialara münasibət bildirərək bundan xəbərsiz olduğunu açıqlayıb.

Natavan hələlik mövzu ilə bağlı hər hansı açıqlama verməyib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top