Tanınmış aktyordan AÇIQLAMA: “Ölü nöqtəsindən ciddi tərpəniş gözləyirəm”

İNCƏSƏNƏT 02 avq 2022, 18:43
Bu gün Azərbaycanda Milli Kino Günüdür. Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır. 

Lümyer qardaşları ilk filmi nümayiş etdirdikdən sonra 1898-ci ildə fotoqraf və nasir Aleksandr Mişonun çəkdiyi xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjet ("İlişdin") Azərbaycan kinosunun ilk filmləridir. Lakin Azərbaycan kino sahəsində Sovet dövründən bu yana demək olar ki, barmaq sayı qədər keyfiyyətli filmlər ərsəyə gəlib. İstər müharibə mövzusunda, istərsə də başqa mövzularda. Bu məsələdə həmişə müxtəlif fikirlər səslənir. Biri deyir, maddi problemlər həll olunmalıdır, biri deyir, tamaşaçı nə istəyir, onu da çəkirik. Tamaşaçı deyir, bizə nə göstərirlərsə ona da baxırıq. Fikirlər həmişə haçalanır.  Bəs, Azərbaycan kinosunun hal-hazırkı vəziyyəti  qane edicidirmi? 

Mövzu ilə bağlı tanınmış aktyor Azər Aydəmir Demokrat.az-la fikirlərini bölüşüb. Aktyor açıqlamasında bildirib ki, Azərbaycan kinosunun hal-hazırkı vəziyyəti bir aktyor kimi onu qane etmir:

“Hal-hazırki vəziyyəti məni qane etmir. Ümid edirəm ki, gələn il 125 illikdə Azərbaycan Respublikası Kino Agentliyi də hazır olar.  

Ümumiyyətlə, ölü nöqtəsindən ciddi tərpəniş gözləyirəm. Hazırkı vəziyyəti qeyri-müəyyənlik vəziyyəti də, keçid dövrü də adlandırmaq olar, yəni köhnə komandadan yeni komandaya keçid dövrü kimi. Amma, bu keçid dövrü artıq 3-cü ilə qədəm qoyur, bu isə uzun çəkdi. Odur ki, gələn ilə ümidlər çoxdur”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top