Xocalının deputatı: “Yaxın vaxtlarda Azərbaycan öz ərazilərini erməni separatçı-terrorçulardan tam təmizləyəcək”

QARABAĞ 02 avq 2022, 13:49
Elman Məmmədov: “Rus sülhməramlı qüvvələri Qarabağa gəldikləri gündən separatçı və terrorçu erməni qüvvələrini silahlandırmaqla məşğuldur”

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının müvəqqəti olaraq Rusiya hərbi kontingentinin nəzarətində qalmış hissəsində olan separatçı-terrorçu rejim konstitusiya və qanunlarımıza zidd fəaliyyətlərini davam etdirirlər. Belə ki, Xocalı rayonunun Daşbulaq kənd inzibati ərazi dairəsindəki Qayabaşı kəndi ərazisində “Artsax üçün 100 ev” adı altında tikilən evlərdən bir qismi artıq istifadəyə verilib. Erməni xuntasının “dövlət naziri” adlanan Artak Beqlaryan kənddə 6 “köçkün” erməni ailəsinə evlərin verilməsi tədbirində iştirak edib.

Məsələ ilə bağlı Xocalının deputatı Elman Məmmədov Demokrat.az-a açıqlamasında bu məskunlaşmanın qeyri-qanuni olduğunu bildirib. 

Deputat vurğulayıb ki, həmin ərazilərdə olan evlər və məktəblər Rusiya dövlətinin köməkliyi ilə tikilir:
 
“1813-1828-ci illərdə İrandan və başqa yerlərdən olan erməniləri həmin kəndə yığmışdılar. Ancaq indi tək orada deyil, Xocalı rayonun bir çox yaşayış məntəqələrində, o cümlədən Xocalı şəhərinin özündə, ətraf kəndlərdə ermənilər məskunlaşıb. Təbii ki, ermənilərə bu şəraiti Rusiya və onun “sülhməramlı” ları yaradır. Bunun qarşısını guya ki, 10 noyabr bəyannaməsinə görə, rus hərbi kontngenti almalı idi. Amma, indi əksinə onları gətirib yığırlar. Çünki, o rus hərbi kontingentinin özlərinin bütün bazaları da, ümumiyyətlə, nəyi varsa hamısı Xocalı şəhəri ətrafında yerləşdirilib. Ermənilər elə sanırlar ki, “sülhməramlı” lar orada daimi qalacaqlar. Amma onlar bir şeyi unutmasınlar ki, ora Azərbaycan dövlətinin ərazisidir və Azərbaycan vətəndaşları orada yaşayacaqlar. Kim ki, Azərbaycan vətəndaşlığını qəbul etmirsə, yəqin ki, orada müvəqqəti məskunlaşıb. Livandan, Suriyadan və ya dünyanın bir çox ölkələrindən gələn ermənilərin axırı necə oldu, taleləri necə oldu? Bu gün onlar orada yoxdur, təmizləmişik ərazilərimizdən, eləcə də inşallah yaxın vaxtlarda Azərbaycan öz ərazilərini həm Ermənistan silahlı birləşmələrindən, həm separatçı-terrorçulardan, həm də qeyri-qanuni ərazilərimizdə məskunlaşdırılanlardan tam təmizləyəcək. Həmin ermənilər indidən fikirləşsinlər ki, hara gedəcəklər”.
 
Deputat qeyd edib ki, rus sülhməramlı qüvvələri gəldikləri gündən ərazilərimizdə kök salmaqla məşğul olan separatçı və terrorçu erməni qüvvələrinə himayədarlıq edirlər:

“Onları yenidən silahlandırlar və bütün təminat işləri ilə məşğul olurlar. Buna görə də, onları sülhməramlı adlandırmaq düzgün deyil. Necə ki, 1990-cı illərin əvvəlində Xocalı soyqırımı törədilən zaman Rusiya dövlətinə məxsusu 366-cı motoatıcı alay var idi, mən hesab edirəm ki, bunlar da 367-ci motoatacı alay kimi gəliblər. Bunlar belə getsə, son missiyalarını heç də xoşagələn vəziyyətdə qurtarmayacaqlar. 

Xatırlayırsınızsa, bu yaxın vaxtlarda onların maşınında nə qədər silah-sursat aşkarlandı. Bunu kimə gətirirlər? Əlbəttə ki, həmin cinayətkarlara gətirirlər, onlara istehkam qururlar, müdafiə sistemlərini yenidən yaradırlar. Belə sülhməramlı olur? Bunlar ərazimizə gələn gündən Azərbaycan qanunlarını ziddinə hərəkət etməyə başladılar və bu gün də o hərəkəti davam etdirirlər. Baxmayraq ki, Azərbaycan tərəfi çox sayda etirazlarını rəsmi qaydada bildirib və bildirməkdə də davam edir. Ancaq bunlar heç birinə məhəl qoymurlar”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top