“Azerçay” Milli Yaylaq Festivalında iştirak etdi — FOTOLAR

BİZNES 01 avq 2022, 17:36
Ölkəmizin ilk milli  markalarından olan doğma çay “Azerçay” II Milli Yaylaq Festivalına qatılıb.

Demokrat.az
xəbər verir ki, Hacıkənd qəsəbəsində 3 gün ərzində milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədi ilə təşkil edilən tədbir ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. 

Ümumilikdə 22 ölkədən 300-dən artıq xarici qonağın və on minlərlə tamaşaçının iştirak etdiyi festivalda “Azerçay” ziyarətçiləri çay süfrəsinə qonaq etdi. Stendi ziyarət edənlər arasında Gənclər və İdman naziri Fərid Qayıbov və digər dövlət rəsmiləri də olub.

Qeyd edək ki, milli dəyərlərimizə xüsusi həssaslıqla yanaşan “Azerçay” daim yerli və beynəlxalq tədbirlərdə iştirak edərək ölkəmizin yüksək səviyyədə təmsil olunmasını təmin edir. 100 faiz təbii olan adıçəkilən marka dünyanın 40-dan artıq ölkəsində “Made in Azerbaijan” yazısını üzərində şərəflə daşıyır.



Məlik
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top