"Qarabağ"ın oyununun biletləri satışa çıxarıldı

İDMAN 31 iyl 2022, 11:33
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam) - “Ferentsvaroş” (Macarıstan) oyununun biletləri satışa çıxarılıb.

Demokrat.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20, 50 və 75 manat təşkil edir.

Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, “Iticket.az”ın satış məntəqələrindən (“iticket.az”da onlayn satış), “Park Bulvar”dakı “Qarabağ”ın Fan-Şopundan, eləcə də “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərindən əldə etmək mümkündür.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top