Deputat: “Təkcə bizdə deyil, mən özüm Londonda insanların aqressiyasını görmüşəm”

GÜNDƏM 30 iyl 2022, 12:42
"Bu gün cəmiyyətdə aqressiya həddindən artıq çox artıb".

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Rüfət Quliyev deyib. Deputat səbəb kimi bazar iqtisadiyyatının göstərdiyi təsirləri vurğulayır:

"Bu, bazar iqtisadiyyatının parlaq təzahürü olan bir şeydir. Təbii ki, bu təkcə bizdə deyil, bazar iqtisadiyyatı olan ölkələrdə də müəyyən qədər cəmiyyətin bir hissəsi aqressivdir. Bunu dünyada ən nüfuzlu, ən iqtisadi, maliyyə tərəfdən güclü ölkə olan ABŞ-da da görə bilərsiniz. Şəxsən mən özüm Londonda metroda insanların aqressiyasını görmüşəm, hətta buna İspaniyada və bir çox ölkələrdə rast gəlmişəm. Yəni, bu bazar iqtisadiyyatının bir xüsusiyyəti də budur ki, insanlarda müəyyən qədər çətinliklər olanda bu cür aqressiv davranış sərgiləyirlər".

"Ələlxüsus, çətinliklər indi də bütün dünyada bilirsiniz ki, ümumbəşəri problemlərdir. Pandemiyadan sonrakı vəziyyət, pandemiyanın yenə qayıtması, inflyasiya, hansı ki, dünya iqtisadiyyatı bunun qabağını ala bilmir, dünya gedən müharibələrlə əlaqəli olaraq aqressiya artmaqdadır. Bu gün tək Ukraynada müharibə getmir, bir neçə ölkələrdə də müharibələr gedir. Qaçqınların sayının artması, o qaçqınların başqa bir ölkəyə köçəndə cəmiyyətə adaptasiyası və s. bütün bunlar cəmiyyətdə problemlər yaradır. Təbiidir ki, bunun bir qismi də müəyyən qədər bizə də gəlib çatır" - deyə R.Quliyev bildirir.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top