Ədəbiyyatda oğurluq - plagiatlığın cəzası nədir?

ƏDƏBİYYAT 29 iyl 2022, 15:31
Ara-sıra mətbuatda hər hansısa bir əsərin, şeirin və ya yazının oğurlanması, müəllif hüquqlarının pozulması ilə bağlı xəbərlər eşidirik. Müasir dövrdə plagiatın vüsət alması elm dünyasını da narahat edən problemə çevrilib. İnternet vasitəsilə əksər elmi əsərlərin əlçatan olması, plagiatlıq üçün də geniş imkanlar yaradır. 

Yazıçı Oğuz Ayvaz Demokrat.az-a bildirir ki, bu anlayış hər zaman mövcud olub: 

“Əsərin mahiyyətini dəyişdirmədən, əsərə uyğun bir hissəsini götürüb öz əsərində verə bilərsən buna plagiatçılıq deyilmir. Ədəbiyyatda digər yazıçılardan təsirlənmələr var. Bəzən bu da plagiatlıq sayılır. Amma elə deyil. Məsəl üçün bir nümunədə çəkim: Fikrət Qoca bizim xalq şairimiz Ənvər Əlibəylidən onunla eyni şeiri var. Ənvər Əlibəyli ondan əvvəl yazıb “Bağçadan Keçmisən” şeirini, Fikrət müəllim isə “Bağçadan Keçmişəm” adı ilə dəyişdirib.”



Ədəbi proseslər dünyanın hər yerində demək olar ki, eyni dövr edir. Yəni, plagiat Azərbaycanda olduğu kimi dünyanın inkişaf edən ölkələrində də var.

Yazıçı Vüsal Nuru xarici ədəbiyyatda da bu tip hallara tez-tez rast gəlindiyini deyir: 

“Onlarda da “Romeya və Cülyetta” var. Və “Romeya və Cülyetta”nın Avropa ədəbiyyatında bir neçə nümunəsi var. Məsələn, Don Kixotun neçə nümunəsi var. Sarventesin əsərinin bir çox nümunələri var. Bunlarda müəlliflər istəyiblər, öz istəklərini, öz arzularını baxış bucaqlarınıda qatalar. Ona görə bunları da plagiat hesab etmək olmaz. Yəni, onlar haradasa istəyiblər, o mövzuya özlərinin baxış bucağından yanaşsınlar. Bildiyimiz kimi, Mirzə Şəfi Vazehin öz dostuna verdiyi şeir dəftərini Fredrix öz adına çıxmışdı, öz əsəri kimi təqdim etmişdi. Bəli, bu tam olaraq plagiat sayılırdı.”



Bəs bu qanunla necə tənzimlənir? 

Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli bildirdi ki, müəlliflik hüququnun qorunması bir neçə prosesdən ibarətdir. İstənilən şəxs bununla bağlı agentliyin 960 çağrı mərkəzinə müraciət edə bilər. 



“Bu müraciətlərin araşdırılması prosesində müəllifdən öz əsərinin və plagiat halı ehtimal edilən əsərin agentliyə təqdim olunması istənilir. Bu materiallar təhlil edilir, müqayisəli ekspertiza aparılır və plagiat elementlərinin aşkar olub olmaması haqqında rəy hazırlanır. Plagiatlıqda təqsirləndirilən tərəf agentliyə dəvət edilir, müəllifin müraciəti barədə məlumatlandırılır. Bir çox hallarda bu məsələlər qarşılıqlı anlaşma formasında həll edilir və müəllifin pozulmuş huquqları bərpa edilir. Mübahisələr məhkəmə səviyyəsində baxıldıqda isə agentliyin nümayəndələri 3-cü şəxs qismində məhkəmə prosesinə cəlb olunur və hüquqları pozulmuş müəllif və hüquq sahiblərinin mövqeyi müdafiə edilir.”

2021 ci ildə agentlik Əqli mülkiyyət obyektləri ilə bağlı 54 məhkəmə işində iştirak edib. Bunlardan da 8-i məhz ədəbiyyat sahəsində müəlliflik hüquqlarının pozulması ilə bağlı olub.

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top