“Yoluxma sayı artsa, məcburən distant təhsilə qayıtmalı olacağıq” — Deputat

GÜNDƏM 28 iyl 2022, 22:13
Təhsil naziri Emin Əmrullayev ötən gün keçirdiyi brifinqdə ölkədə yoluxma sayının artcağı təqdirdə məktəblərdə distant təhsilə keçilə biləcəyini istisna etməyib. Nazrin bu açıqlaması Azərbaycanda məktəblərin yenidən bağlanmaq ehtimalını ortaya çıxarıb. 

Məktəblərin yenidən bağlanması hansı fəsadlara yol aça bilər?

Yenisabah.az-a açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Etibar Əliyev bildirib ki, koronavirus səbəbilə qapanmalar və tədrisin distant üsulla həyata keçiririlməsi təhsildə bir çox boşluqların yaranmasına səbəb oldu:

“Ani vaxt ərzində ənənəvi üsuldan distant təhsilə keçmək bizlər üçün heç də asan olmadı, çünki biz buna hazır deyildik.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2007-ci ildə imzaladığı təhsil haqqında sənəddə, lazım gələrsə distant təhsilə keçməkdən bəhs edilirdi.

Həmin qanunun icrası üçün 30 milyon manat vəsait ayrıılmışdı. Lakin bu layihə uğurla həyata keçirilə bilmədi, lakin bir çox məktəb yeni komputer texnologiyaalrı ilə təchiz olundu.

Bir məsələni xüsusilə diqqətə çatdırmaq istəyirəm ki, Azərbaycanda məktəblər universitetlərə nisbətən distant təhsilə daha yaxşı və daha cəld adaptasiya oluna bildi.

Distant təhsilin rahatlaşdırılması üçün bir sıra proqramlar hazırlandı və həm şagirdlərin, həm də müəllimlərin istifadəsinə verildi”.

Deputat qeyd edib ki, əgər yoluxma sayında kəskin artım olarsa və qapanmalar baş verərsə məcburən distant təhsilə qayıtmalı olacağıq:

“Pandemiya dövründə orta və ali ixtisas üzrə tələbə qəbulu belə gerçəkləşdirildi. Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə açıqladığı statistika vasitəsilə distan təhsillə şagirdlərin bilik səviyyələrinin o qədərdə aşağı düşmədiyini gördük”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top