Azərbaycan kəlağayısı - min illərin yadigarı... — FOTOLAR

İNCƏSƏNƏT 28 iyl 2022, 15:13
Bu il kəlağayı haqqında film çəkiləcək. 

Bunu Demokrat.az-a müsahibəsində şair-publisist Güllü Eldar Tomarlı məlumat verib:



“Təmsil etdiyim ictimai birlik, bu il qrand müsabiqəsində “Azərbaycan kəlağayısı-min illərin yadigarı” adlı layihə ilə qalib olub. Fikrimiz film çəkməkdir, kəlağayımız haqqında, onun istehsalı haqqında, onun tətbiqi haqqında istifadəsi haqqında, bir film çəkəcəyik, 26 noyabr Azərb kəlağayısı günü ictimaiyyətə təqdim olunacaq.”

Milli-mənəvi dəyərlərə ilmə-ilmə, sətir-sətir vurğun olan, bunu yaşadan, məşğuliyyətinə, ictimai fəaliyyətinə çevirən Güllü Eldar Tomarlı  Mirvari Dilbazi poeziya məclisi İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar birliyi, Azərbaycan Aşıqlar Birliyinin üzvüdür. Onun əsrlərlə yaşı olan kolleksiyasına- toxuma, qurama sənət nümunələri,  150-dən çox müxtəlif kəlağayılar daxildir. 



Gülçin Qorxmaz
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top