Teleməkanda yeni “Milli səs” yarışması başlayır!

İNCƏSƏNƏT 28 iyl 2022, 14:21
Azərbaycan xalq musiqinin, milli estradasının təşviqinə və təbliğinə hər zaman dəstək olan Space TV ən çox danışılan, müzakirə oluna yeni layihəni təqdim edir. 

Demokrat.az xəbər verir ki, korifey sənətkarların ifasında səslənən təkrarsız mahnılar,  ruh oxşayan təsniflər, bəstəkarların şah əsərləri  indi yenidən səslənəcək.  Yeni simaların ifasında tam fərqli formatda – “Milli səs” adlı musiqi yarışmasını ekranlarınıza gətiririk.  

Gənc istedadların üzə çıxarılması, peşəkar musiqiçilərin onları düzgün istiqamətləndirməsi  layihənin əsas hədəflərindəndir. “Milli səs”in təşkili,  eyni zamanda,  son vaxtlar həm milli musiqimizdə, həm də milli estradamızda sezilməyə başlayan yad səslərin, boğazların, ifa tərzinin aradan qaldırılmasına xidmət edəcək.  

Xalq və bəstəkar mahnılarını ifa edən, səsinə güvənən, 16 yaşından yuxarı hər kəs bu yarışmaya qatıla bilər!

Oxu, ifanı telefona çək və video görüntünü 

055 309 94 94

070 309 94 94 

nömrələrinə whatsapp vasitəsi ilə göndər, qeydiyyata düş və yarışmaya qatıl!

Ulduz olmaq arzun Space də gerçək olsun!  Sən də oxu! Milli SƏS ol!

Gəl, ulduzun parlasın!

Qeydiyyat üçün əlaqə nömrələri:

055 309 94 94

070 309 94 94

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top